- Baxış sayı: 111
- 14 Sentyabr 2026 21:46
- Baxış sayı: 201
- Sentyabr 13, 2026
- 0

15–20 sentyabr tarixlərində Bratislavada kayak və kanoe üzrə “Olimpiya ümidləri” beynəlxalq turniri keçiriləcək.
Allsport.az xəbər verir ki, ölkəmiz yarışda 6 idmançı ilə təmsil olunacaq.
Kayak yarışlarında Mustafa Vəlizadə, Elmir Tarverdiyev və İvan Vorobjanskiy, kanoe növündə isə Hüseyn Səmədli, Fəxri Sadıqlı və Vaqif Mustafazadə mübarizə aparacaqlar.
Azərbaycan nümayəndə heyətində böyük məşqçi Boqdan Kurudz və komanda rəhbəri Elvin Heydərov da yer alacaq.
“Olimpiya ümidləri” turniri gənc kayak və kanoeçilərin beynəlxalq səviyyədə təcrübə qazanması və rəqabət mühitində öz bacarıqlarını nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.