- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 119
- İyun 25, 2026
- 0
Azərbaycan həndbol yığmasının üzvü Yekaterina Peçenin şərəfini qoruduğu Rusiyanın «Dinamo-Sinara» komandası qadın klubların Çempionlar Liqasının «A» qrupunda prinsipial rəqibi Almaniya «Leypsiq»inə 30:27 hesabı ilə qalib gələrək, liderliyə yüksəlib.
«Allsport.az»ın xəbərinə görə, dinamoçular 7 xalla 1-ci yerdədirlər. Komanda qrupda son görüşünü noyabrın 23-də Avstriyanın «Hipo Niderösterrayx» kollektivinə qarşı Volqoqradda doğma azarkeşlər önündə keçirəcək.