Pekin-2022 qış oyunlarının məşəli təqdim olunub

Çinin paytaxtında qış olimpiya və Paralimpiya oyunlarının məşəli təqdim olunub. Allsport.az saytı xəbər verir ki, başlamaya bir il qalmış ictimaiyyətə təqdim olunan məşəl yuxarıya doğru spiral şəklində titrəyərək qalxan 2 lenti xatırladır.

Qırmızı və gümüşü rəngli məşəl qış idman oyunlarına işıq və istilik gətirəcəyini təcəssüm etdirən buz və alov metaforası təqdim edir. Üzərində Pekin-2022 embleminin və olimpiya halqalarının həkk olunduğu məşəl qar dənəciklərindən ibarət naxışlarla bəzədilib.

Qış paralimpiadasının məşəli isə eyni tərtibatda, lakin qızılı və gümüşü rənglərdə hazırlanıb. Pekin 2022-nin məşəlləri paytaxtın həm qış, həm də 2008-ci ildə keçirilmiş yay olimpiya oyunlarına ev sahibliyi edən şəhər olması nəzərə alınaraq, eyni məşələ oxşadılıb.

Həmin kateqoriyadan