“Çempionlar liqasında qalib gəlmək “Mançester Siti”ni növbəti səviyyəyə qaldıracaqmı?”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, çempionlar liqasının final matçından gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, onun komandası iyunun 10-da İstanbulda “İnter”ə qarşı oynayacaq.

“Futbolçularıma minnətdaram. Finallar tamamilə fərqli matçlardır və növbəti bir neçə gündə necə oynamalı olduğumuzu müəyyənləşdirməliyik.

Rəqibin istifadə etdiyi müdafiə sistemini açıqlamaq asan deyil. Onlar əks-hücum üslubunda oynayacaqlar və biz udmaq üçün lazımi tempi tapmalıyıq.

Çempionlar liqasında qalib gəlmək “Mançester Siti”ni növbəti səviyyəyə qaldıracaqmı? Bəli, dəfələrlə demişəm ki, fərqli səviyyələrə qalxmaq üçün Avropada qalib gəlmək lazımdır. Bu, sadədir” – Pep bildirib.

Həmin kateqoriyadan