- Baxış sayı: 26
- 19 İyun 2026 20:30
- Baxış sayı: 28
- İyun 19, 2026
- 0

Norveç yığması DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinə səfərdə 0:1 hesabı ilə uduzdu. Allsport.az saytı xəbər verir ki, rəqib baş məşqçisi Per-Matias Hoqmo məğlubiyytəti belə şərh edib:
“Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm. Təbii ki, bu nəticədən çox narazıyıq. Oyun ərzində şanslarımız olsa da, qol vura bilmədik. Futbolda isə qol vurmadan qələbə qazanmaq qeyri-mümkündür. Hava ötürmələrindən çox istifadə etsək də, istəyimizə çata bilmədik.
Bu gün Bakıda qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Ötən seçmə mərhələdə Azərbaycan millisindən 4 xal almışdıq. Artıq növbəti oyunları düşünməliyik. Azərbaycan millisinin inkişafı göz önündədir”.