Pike nə etmək istəyir?

Pike “Barselona”nın baş məşqçisi Xavi və keçmiş komanda yoldaşı Busqetsin çempionluq paradında iştirak etmək dəvətini rədd edib.

Allsport.az xəbər verir ki, hətta Kataloniya təmsilçisinin sabiq oyunçusu komandanı və azarkeşləri qələbə münasibətilə təbrik etmək üçün belə heç bir mesaj da yazmayıb.

Pike bu mövsüm “Barselona” üçün bir neçə matçda oynadıqdan sonra mövsümün ortasında karyerasını bitirib. O, komandanın üzvü olmaqla və liqa matçlarında ən azı bir dəqiqə oynamaqla la liqa titulunu rəsmi olaraq qazanmışdır.

Həmin kateqoriyadan