Pioli: “Komandamız güclüdür”

Allsport.az xəbər verir ki, “Milan”ın baş məşqçisi Stefano Pioli çempionlar liqasının yarımfinalında “İnter”lə cavab oyunundan sonra (0:1, ilk oyun – 0:2) klubun turnirdən kənarda qalması haqda danışıb:

“Birinci oyunun ilk 15 dəqiqəsini buraxdıq, amma futbolçuların istəyindən danışmaq düzgün deyil. Təəssüf ki, yarışdan ayrıldıq. Bura qədər gəlib çatmışıq. Məyus oldum? Bəli.

Niyətimiz finala çıxmaq idi. Böyük məyusluqdur, bu mövsüm düşündüyümüzdən də çətin olsa da, bizə çox şey öyrətdi.

“A” seriyasında hələ 3 oyun var, mövsümü yaxşı başa vurmaq üçün oyunçuları həvəsləndirməyə çalışdım. Biz daha inamla yenidən başlaya bilərik, çünki komandamız güclüdür”.

Həmin kateqoriyadan