Polşa millisinin baş məşqçisi: “Bu izaholunmazdır”

Allsport.az xəbər verir ki, Polşa millisinin baş məşqçisi Fernando Santos AVRO-2024-ün seçmə mərhələsində Moldovaya gözlənilmədən uduzduqdan sonra fikirlərini bölüşüb:

“Düzü, nə deyəcəyimi bilmirəm. Bu oyuna konsentrasiya ilə yanaşılmalı, topa sahib olmaqdan qorxmamalı olduğunu vurğuladıq. İlk hissədə çox yaxşı oynadıq. Aqressiv idik, diqqətimizi cəmlədik, şanslar yaratdıq. Moldova yığması təhlükəli məqam yaratmadı.

Fasilə zamanı futbolçulara dedim ki, düzgün yoldayıq, aqressiv oyunu, oyun quruculuğumuzu eyni səviyyədə saxlamalıyıq və əslində ikinci hissədə oyundan kənarda qaldıq. Bu izaholunmazdır. Buraxdıq, onda asanlıqla qol vurub hesabı 3:1 edə bilərdik. 

Bunlar olur, amma ikinci yarıda nə baş verdiyini izah edə bilmirəm. Mən bunu konsentrasiyanın olmamasından başqa bir şey adlandıra bilmərəm ” – Santos deyib.

Həmin kateqoriyadan