Polşa millisinin sabiq müdafiəçisi: “Mahir Əmrəli daim qol vurmalıdır”

“Ümid edirəm ki, Tomaş Pexart “Legiya”ya kömək edə biləcək. Çünki komandaya standart vəziyyətlər zamanı başla oynamağı bacaran hücumçu lazımdır. Ola bilsin, çexiyalı forvard zədədən sonra komandanın oyununa çox şey qatacaq”.

Allsport.az xəbər verir ki, bu fikirləri Polşa millisinin sabiq futbolçusu Marek Yuzvyak “Legiya”nın hücum xəttindəki problemlər barədə “Sport Express” nəşrinə müsahibəsində deyib.

Azərbaycan millisinin forvardı Mahir Əmrəlinin çıxışına da toxunan veteran müdafiəçi onun sabit oyun göstərməli olduğunu bildirib: “O, daim qol vurmalıdır. Yoxsa nəzərə çarpmayacaq”.

Həmin kateqoriyadan