- Baxış sayı: 17
- 02 Noyabr 2026 12:05
- Baxış sayı: 267
- Oktyabr 25, 2026
- 0

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə oyununun təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Daniel Zibert olacaq. Ona yan xətlərdə Yan Zaydel və Rafael Foltin kömək edəcəklər. 4-cü referi Saşa Stegemann olacaq.
Martın 24-də İtaliyada keçiriləcək Portuqaliya – Azərbaycan matçı saat 23:45-də start götürəcək.