Portuqaliya millisindən tarixi qələbə

AÇ-2024-ün seçmə mərhələsində 6-cı turun növbəti oyunları keçirilib.

Allsport.az xəbər verir ki, bu gün daha 5 görüş baş tutub.

D qrupunda Xorvatiya yığması səfərdə Ermənistanı minimal hesabla üstələyib.

J qrupunda isə itkisiz irəliləyən Portuqaliya yığması Lüksemburqu sınağa çəkib. Meydan sahibləri bu görüşdə 9 cavabsız qola seviniblər.

AÇ-2024, seçmə mərhələ
6-cı tur

11 sentyabr

D qrupu

Ermənistan – Xorvatiya 0:1
Qol: Kramariç, 13.

Latviya – Uels 0:2
Qol: Remsi, 29-pen. Bruks, 90+6.

Xal: Xorvatiya – 10. Türkiyə – 10. Ermənistan – 7. Uels – 7. Latviya – 0.

J qrupu

İslandiya – Bosniya və Hersoqovina 1:0
Qol: Finnboqason, 90+2.

Portuqaliya – Lüksemburq 9:0
Qollar: İnasio, 12; 45+4. Q.Ramos, 18; 34. D.Jota, 57; 77. R.Horta, 67. B.Fernandes, 83. J.Feliks, 88.

Slovakiya – Lixtenşteyn 3:0
Qollar: Hançko, 1. Duda, 3. Mak, 6.

Xal: Portuqaliya – 18. Slovakiya – 13. Lüksemburq – 10. Bosniya və Herseqovina – 6. İslandiya – 6. Lixtenşteyn – 0.

Həmin kateqoriyadan