Portuqaliyalı Migel Lorenzo “Zirə”də

Premyer Liqada 2-ci mövsümünə hazırlaşan “Zirə” klubu məşqlərlə yanaşı, transfer çalışmalarını da davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda daha bir futbolçu ilə güclənib. Portuqaliyalı Migel Lorenzo ilə müqavilə imzalanıb.

O, Setubalın “Vitoriya” klubundan bir illik icarə əsasında “qartallar”ın sırasına qoşulub. Bununla yanaşı, “Zirə” növbəti mövsümün sonunda Migeli transfer etmək hüququnu özündə saxlayır.

“Vitoriya”nın yetirməsi olan 24 yaşlı müdafiəçi Portuqaliyanın bütün aşağı yaş qruplarından ibarət yığma komandalarında çıxış edib. Migel həmçinin, ölkəsinin U-21 yığmasının da formasını geyinib.

Həmin kateqoriyadan