Premyer Liqanın püşkü atılır

Bu gün Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçilir. Allsport.az saytı xəbər verir ki, mərasim saat 12:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələrinin də iştirak edəcəyi mərasimdə iştirakçı komandalar ilk turdakı rəqiblərini tanıyacaqlar.

Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada 8 klub mübarizə aparacaq. Bunlar “Qarabağ”, “Zirə”, “İnter”, “Qəbələ”, “Kəpəz”, “Neftçi”, “Sumqayıt” və AzAL-dır.

Həmin kateqoriyadan