Prosineçki: “Mahiri milliyə mən çağırdım”

Milliminin keçmiş xorvatiyalı baş məşqçisi Robert Prosineçki, Mahir Əmrəlinin “Dinamo Zaqreb”ə keçidini şərh edib. Allsport.az saytı xəbər verir ki, 53 yaşlı mütəxəssis azərbaycanlının yarımmüdafiəçi olsa da, qol imkanı qazandığını və bundan yararlanmağı bacardını deyib: 

“Bakıda yaşadığım vaxt bütün matçlara baxırdım və onu yığmaya mən çağırmışdım. Çünki yaxşı potensiala malik olduğunu görürdüm. Mahir yarımmüdafiəçi olsa da, qol şansı qazanır və yararlanmağı bacarır.  Futbolda elə gənclər olur ki, ya karyeraları yüksək səviyyədə alınır, ya da ortalıqdan itirlər. Əmrəlinin “Legiya”dakı statistikası da yaxşıdır. O, “Dinamo”da da nəyə qadir olduğunu göstərəcək”. 

Prosineçki 25 yaşlı hücumçunun “Legiya”dakı davranışları barədə Polşa mətbuatının yazdığı fikirlərə də münasibət bildirib: “Azərbaycanda belə hallar baş verməyib. Mən onun barədə yalnız oradakı fəaliyyətim müddətində gördüklərimə əsasən danışa bilərəm”.

Xatırladaq ki, Robert Prosineçki Azərbaycan millisində 2014 – 2017-ci illərdə çalışıb.

Həmin kateqoriyadan