“Qəbələ” bayraqdarla görüşə hazırlaşır

“Qəbələ” Premyer Liqanın 4-cü turunun hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, millinin oyunları ilə əlaqədar çempionatda yaranan fasilə dövründə təlim-məşq toplanışı keçirmək üçün Ukraynaya yollanan “qırmızı-qaralar” Vətənə qayıtdıqdan sonra ilk məşqinə çıxıb.

Hazırlıqlarını paytaxtda davam etdirən komanda bu gün Bakı Olimpiya Stadionunda məşq edib. Günün ikinci yarısına təsadüf edən məşqdə futbolçular toplu çalışmalara üstünlük verib. “Neftçi” ilə sentyabrın 10-da qarşılaşacaq “Qəbələ” oyunöncəsi son məşqini sentyabrın 9-da keçirəcək.

4-cü turun “Neftçi” – “Qəbələ” matçı “Əlincə Arena”da baş tutacaq. Sentyabrın 10-da keçiriləcək matç saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan