“Qəbələ” bürünc mükafatçı oldu

Topaz Premyer Liqasında 2014/2015 mövsümünün bürünc medallarını “Qəbələ” klubu qazandı. Allsport.az xəbər verir ki, 36-cı tur çərçivəsində keçirilən görüşdə “Bakı”nı 3:0 hesabı ilə məğlub edən şimal təmsilçisi ardıcıl ikinci dəfə bürünc medalları muzeyinə apara bildi.

“Qəbələ” klubuna bürünc medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim etdi.

Qeyd edək ki, Premyer Liqada “Qarabağ” çempion olmuş, “İnter” isə gümüş medallara sahib çıxmışdı. “Qəbələ” bu gün bürünc medalları qazanmaqla medalçılar siyahısını tamamladı.

Həmin kateqoriyadan