“Qəbələ” hazırlıqlara start verdi

“Qəbələ” yeni mövsümünün hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, Premyer Liqanın son turundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” iyunun 10-da Bakıda bir araya gəlib.

“Qafqaz City Hotel”də məskunlaşan “Qəbələ” ilk məşqini “Bakı” klubunun bazasında gerçəkləşdirib. Komanda əsasən fiziki təmrinlərə və topsuz çalışmalara üstünlük verib. “Qırmızı-qaralar” növbəti məşqinə bu gün çıxacaq.

Xatırladaq ki, hazırlığın 1-ci mərhələsini paytaxtda keçirən komanda məşqlərini iyunun 15-dək burada davam etdirəcək. Ardınca ölkə xaricinə yollanacaq Roman Qriqorçukun yetirmələri iyunun 16-dan 26-dək Gürcüstanın paytaxtı Tbilisidə hazırlıq keçəcək.

Həmin kateqoriyadan