- Baxış sayı: 35
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 72
- Sentyabr 17, 2026
- 0

“Qəbələ”nin keçmiş futbolçusu Sergey Zenyovun yeni klubu məlum olub. Allsport.az xəbər verir ki, Qazaxıstanın “Şaxtyor” klubundan ayrılan estoniyalı hücumçu karyerasını ölkəsində davam etdirəcək.
32 yaşlı hücumçu “Flora” klubu ilə 2 illik müqavilə imzalayıb.
Zenyov 2015-2017-ci illərdə “Qəbələ”də çıxış edib. O, “qırmızı-qaralar”da keçirdiyi 47 matçda 8 qol vurub.