“Qəbələ”yə yeni baş məşqçi gətirilib

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası yeni mövsümün hazırlıqlarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, məşqlərini Qəbələdə gerçəkləşdirən çempion yeni baş məşqçi Hüseynqulu Quliyevin rəhbərliyi ilə keçir. O, əvəzedicilərlə Azərbaycan çempionluğu qazanan Ramin Quliyevin əsas komandaya məşqçi təyin olunmasından sonra bu vəzifənin icrasına başlayıb.

2010-cu ildən “Qəbələ”də çalışan mütəxəssis klubun aşağı yaş qrupları üzrə müxtəlif komandalarına çalışıb. Son illər U-19-un baş məşqçisi olan Quliyev ötən mövsüm komanda ilə birlikdə Azərbaycan çempionu adını qazanıb. Bunadək isə o, futbolçu kimi “Termist”, “Turan”, “Xəzri”, “Şəmkir”, “Bakı Fəhləsi”, “Ümid”, “Neftçi” klublarında çıxış edib, məşqçilik karyerasına 2006-ci ildə başlayıb.

 

Həmin kateqoriyadan