Qaçış yarışına maşınla qatıldı

Böyük Britaniyanın “Ultras” marafonunun bir hissəsidə maşınla getdiyi aşkarlanan şotlandiyalı idmançı Yasia Zakşevski diskvalifikasiya edilib.

Allsport.az xəbər verir ki, marafonu idarə edən Vayni Drinkvote İngiltərə mətbuatına verdiyi açıqlamaya görə, aprelin 7-də keçirilən yarışda finiş xəttini üçüncü sırada keçən 47 yaşlı Yasia hiylə işlətdiyi aşkarlanıb.

Marafondan kənarlaşdırılan Yasia Zakşevski haqqında cinayət işinin başlanması üçün Böyük Britaniya atletika federasiyasına müraciət etdiklərini vurğulayan Vayn baş verənlərdən məyus olduğunu bildirib.

2014-cü il birlik oyunlarını 14-cü yerdə tamamlayan Zakşevski, ölkəsində qatıldığı marafonlarda da rekord göstəricilərə sahibdir.

Həmin kateqoriyadan