Qadın taekvondoçularımız İstanbulda hazırlıq keçəcək

Allsport.az xəbər verir ki, taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb.

Yığma baş məşqçi Sin Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında İstanbulda böyükşəhər bələdiyyəsinin komandası ilə birgə təlim-məşq toplanışı keçəcək.

Hazırlıqda Fəridə Əzizova, Patimat Abakarova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Məryəm Məmmədova, Səmərrux Osmanova, Paniz İsmailpur və Fatimə Məcidova iştirak edəcəklər. Məşqlər aprelin 26-da başa çatacaq.

Komanda ertəsi gün Bolqarıstana yollanacaq və burada klublararası Avropa çempionatında gücünü yoxlayacaq.

Sofiyada keçiriləcək yarış aprelin 30-da bitəcək.

Həmin kateqoriyadan