«Qalatasaray» Deyvisin komandasını da məyus etdi

Milli komandamızın üzvü Çarlz Edvard Deyvis Türkiyə Basketbol Liqasında forma geyindiyi «Banvid» klubu bu gün 17-cı tur çərçivəsində səfərdə «Qalatasaray»la görüşüb.

Allsport.az saytı xəbər verir ki, bütün periudlarda üstün oynayan «sarı-qırmızılar» Balışəhər təmsilçisini 87:79 hesabı ilə məğlub edib. Keçən turda «aslanlar» digər legionçumuz, Orxan Aydının çıxış etdiyi «Uşaq Sprotiv»ə qalib gəlmişdi.

«Qarşıyaxa» ilə ötən matçda olduğu kimi, bu mübarizədə də  basketbolçumuz 17 xal toplayıb və ən yaxşı olub. Hazırda «Banvid» 26 xalla yarış cədvəlində 6-cü yerdə mövqe tutub.

Həmin kateqoriyadan