“Qalib də gələ bilərik, məğlub da ola bilərik”

Avro-2024-ün seçmə mərhələsində Avstriya – Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında baş məşqçi Canni De Byazi görüş haqqında fikirlərini səsləndirib.

Allsport.az xəbər verir ki, mütəxəssis bu sözləri deyib:

“Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır. Son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində beynəlxalq oyun təcrübəsi olan, yaxşı oyunçular var.

Heyətdə zədəli futbolçularımız var. Qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Bədavi Hüseynov, hücumçu Mahir Emrelinin yoxluğu komandamız üçün ciddi itkidir. Təbii ki, zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var.

Son matçlarda yaxşı nəticələr qazanmışıq. Uğurlu seriyanı davam etdirmək istəyirik. Qalib də gələ bilərik, məğlub da ola bilərik”.

Həmin kateqoriyadan