Qalib paracüdoçularımız Vətəndə böyük coşqu ilə qarşılanıb

Tokio-2020 paralimpiadaslnda böyük əzmkarlıq nümayiş etdirən paracüdoçularımızdan bir qrupu Bakıya qayıdıb.

Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında idmançılarımızı Azərbaycan cüdo federasiyası, milli paralimpiya komitəsi, Bakı şəhər gənclər və idman baş idarəsi, “Neftçi idman klubu”nun əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçuların yaxınları qarşılayıblar.

Paracüdoçularımız Tokioda 6 qızıl – Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) və 2 bürünc – Namiq Abbaslı (66 kq), İlham Zəkiyev +100 kq) medal qazanıblar.

Возможно, это изображение (1 человек и стоит)

Həmin kateqoriyadan