- Baxış sayı: 68
- 12 Noyabr 2026 16:43
- Baxış sayı: 381
- Noyabr 09, 2026
- 0

Azərbaycan taekvondo federasiyasında parataekvondoçularla görüş keçirilib.
Allsport.az saytı xəbər verir ki, toplantıda ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və nəzarət-təftiş komitəsinin sədri Vüqar Məmmədov, bu günlərdə Bolqarıstan paytaxtı Sofiyada qitə olimpiya təsnifatında uğur qazanmaları münasibəti ilə milli üzvlərini təbrik ediblər.
Əbülfəz Abuzərli (K-44, 75 kq), İmaməddin Xəlilov (K-44, 61 kq), Röyalə Fətəliyeva (K-44, 49 kq) və Aynur Məmmədova (K-44, +58 kq) avqustun 24-dən sentyabrın 5-dək Tokio-2020 paralimpiadasında iştirak etmək hüququna yiyələniblər.