- Baxış sayı: 57
- 14 Sentyabr 2023 23:15
- Baxış sayı: 40
- Oktyabr 03, 2023
- 0
Allsport.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Kristof Qaltye Paris klubundakı karyerasının başa çatmağa yaxın olduğunu dərk edir. O, artıq sayılı günlərinin qaldığını anlayıb.
Mütəxəssis gələn mövsüm PSJ-ni çalışdırmayacağını bilir. Buna görə də Qaltye futbolçularından cari mövsüm Fransa çempionluğunu qazanmaq üçün hər şeyi etməyi xahiş edib.
Qaltye ötən yaydan PSJ-ni çalışdırır. Mütəxəssis əvvəllər “Nitsa”da işləyib. Fransa çempionatı hazırda parislilərin mübarizəni davam etdirdiyi yeganə turnirdir. 56 yaşlı Qaltyenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.