Qara Qarayev: Evdə məsuliyyətimiz böyükdür

Sabah “ay-ulduzlular”ımız Avro-2020-nin seçməsində saat 20:00-da “Bakcell arena”da macarıstanlı futbolçularla qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında millinin yarımmüdafiəçisi Qara Qarayev bunu dedi:

“Oyun bizim üçün çox əhəmiyyətlidir.  Xorvatiyanı məğlub etmələri Macarıstanın gücünü göstərir. Azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacağıq. Uzun müddətdir ki, belə ajiotajlı oyunumuz olmurdu.

Normal hazırlıq keçməyimiz üçün AFFA komandaya hər cür şərait yaradıb. Neqativ düşünmək istəmirik. Evdə ajiotaj olacaq, üstəlik, məsuliyyət böyükdür. Əlimizdən gələni edəcəyik ki, qalib gələk”.

Həmin kateqoriyadan