“Qarabağ” 22 il sonra qızıl dubl etdi

Ötən axşam Azərbaycan kubokunun final oyunu keçirildi. Allsport.az xəbər verir ki, həlledici oyunda çempion “Qarabağ” və çempionatı 4-cü pillədə başa vuran “Neftçi” klubları üz-üzə gəldi.

Son dəfə finalda 1996-cı ildə qarşılaşan bu komandaların duelindən “Neftçi” qalib ayrılmışdı – 3:0. Paytaxt klubu eyni zamanda kubokun son qalibi idi. “Neftçi” ardıcıl 4-cü mövsüm idi ki, kubokun finalına yüksəlirdi.

“Qarabağ” isə sonuncu dəfə final həyəcanını 2008/2009-cu ildə yaşamışdı ki, məhz həmin il “atlılar” kuboku başı üzərinə qaldırmışdı.

Qurban Qurbanovun komandası 22 ildən sonra “qızıl dubl” etmək şansı əldə etmişdi. Komanda ilk və sonuncu dəfə 1993-cü ildə bunu bacarmışdı. “Neftçi” isə 1995/1996 və 2012/2013 mövsümündə hər iki titulu qazanmışdı.

Bu dəfə isə əksəriyyətin favorit hesab etdiyi “Qarabağ” qələbə qazandı və tarixində ikinci dəfə qızıl dubla imza atdı.

Həmin kateqoriyadan