Azərbaycan derbisində “Qarabağ” sevindi, “İnter”lə “Qəbələ” qələbə qazandı

Bu gün Topaz Premyer Liqasında 31-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, bütün matçlar eyni gündə baş tutub.

Son dövrlər uğurlu çıxışı ilə diqqət çəkən, ardıcıl 7 qələbəyə sevinən “Qəbələ” bu dəfə səfərdə “Xəzər Lənkəran”la qarşılaşıb. Qonaqlar ardıcıl 8-ci qələbəsini rəsmiləşdiriblər.

Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Simurq” səfərdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Sumqayıtlılar doğma meydanda minimal hesablı qələbəyə seviniblər.

Liderin əsas izləyici “İnter” paytaxt derbisində AzAL-ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.

Turun mərkəzi oyunu isə bütün çempionatların iştirakçısı olan, ilk “üçlük”də qərarlaşan “Neftçi” və “Qarabağ” arasında keçirilib. Ağdam klubu bu oyunda çətinliklə də olsa, 3 xala sahib çıxmağı bacarıb.

Topaz Premyer Liqası
31-ci tur
25 aprel (şənbə)

“Xəzər Lənkəran” – “Qəbələ” – 0:1 (0:0)
Qol: C.Hüseynov, 48 (0:1).
Qırmızı vərəqə: E.Mirzəyev, 45+1.
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 25. Tərlan Qasımzadə, 3. Rasim Ramaldanov (k), 7. Sadio Tounkara, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 16. İbrahim Qədirzadə, 23. Cavid Bağırov, 32. Zaman Mirzəzadə, 34. Elnur İsmayılov, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 16. Ruslan Tağızadə, 26. Pavol Farkaş, 32. Mixail Sivakov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.

“Sumqayıt” – “Simurq” – 1:0 (0:0)
Qol: P.Fərcad-Azad, 49 (1:0).
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 18. Aleksandr Çertoqanov (k), 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 76. Uğur Pamuk, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Aqil Məmmədov.
“Simurq”: 35. Amil Ağacanov, 3. Adam Banaş, 4. Xuan Alberto, 6. Samir Zərgərov, 7. Elnur Abdullayev, 11. Draqan Çeran, 13. Əli Gökdəmir, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 18. Tural Axundov (k), 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 5. Vadim Abdullayev, 8. Patrik Osiako, 10. Rəşad Eyubov, 20. İdan Vaytsman, 22. Cihan Özkara, 88. Marko Stanoyeviç.
Baş məşqçi: Georgi Çixradze.

“İnter” – AzAL – 2:0 (0:0)
Qollar: A.Daşdəmirov, 59 (1:0). A.Daşdəmirov, 75 (2:0).
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov.
Bakı. “İnter Arena”.

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 23. Voyislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 7. Abdulla Abatsiyev, 10. Elvin Məmmədov, 19. Sezar Meza Kolli, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 82. Ruben Şaken.
Baş məşqçi: Kaxaber Sxadadze.
AzAL: 16. Stanislav Namaşko, 5. Kərim Diniyev, 15. Oskar Klava, 13. Şəhriyar Rəhimov, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 8. Seymur Əsədov, 10. Nicat Qurbanov, 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 22. Eltun Yaqublu, 4. Laşa Kasradze, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 11. Ruslan Nəsirli, 33. Kamal Mirzəyev.
Baş məşqçi: Tərlan Əhmədov.

“Qarabağ” – “Neftçi” – 3:2 (2:1)
Qollar: M.Muarem, 15 (1:0). C.Tağıyev, 29 (2:0). A.Abdullayev, 32 (2:1). N.Kanales, 59 (2:2). L.Corc, 69 (3:2).
Qırmızı vərəqə: K.Kardoso, 75.
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev.
Bakı. “Bakcell Arena”.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 17. Vüqar Nadirov, 21. Tural Rzayev, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva Kruz, 5. Elvin Yunuszadə (k), 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Əziz Quliyev, 18. Kaue da Silva.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 17. Rəhman Hacıyev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 90. Ernest Nfor, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.

Bombardirlər:
13 – Nurlan Novruzov (“Bakı”).
12 – Draqan Çeran (“Simurq”).

Həmin kateqoriyadan