“Qarabağ” “Neftçi” üçün başladı

“Qarabağ” Topaz Premyer Liqasının 31-ci turunda “Neftçi”ni qəbul edəcək. Allsport.az xəbər verir ki, Ağdam klubu bu gündən etibarən derbi üçün hazırlığa başlayır.

Aprelin 16-dan Bakını tərk edərək “Simurq”la çempionat və kubok qarşılaşması üçün Zaqatalaya yollanan “Qarabağ” dünən gecə Bakıya qayıdıb. Bir günlük fasilədən sonra isə komanda növbəti turun hazırlığına başlayır.

Bu gün ağdamlıların bir məşqi nəzərdə tutulub. Qurban Qurbanovun komandası 17:00-da bazadakı meydanda məşqə çıxacaq.

Qeyd edək ki, “Qarabağ”ın ev oyunları üçün yararlandığı Tofiq Bəhramov adına Respublika stadionu AÇ-2015-in təşkilat komitəsinin sərəncamına verildiyi üçün Ağdam klubu “Neftçi”ni 8-ci km-də yerləşən “Bakcell Arena”da qəbul edəcək. Oyun 19:00-da start götürəcək.

Həmin kateqoriyadan