- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 260
- Oktyabr 25, 2026
- 0

Albaniya millisi DÇ-2018-in seçmə mərhələsində növbəti matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, Adriatik sahili ölkənin təmsilçisi doğma meydanda İsraillə üz-üzə gəlib.
“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin start heyətdə meydana çıxdığı və sonadək oynadığı qarşılaşma ev sahiblərinin 0:3 hesablı yenilgisi ilə başa çatıb. Albaniya komandasının heyətində 17 və 55-ci dəqiqədə iki futbolçunun meydandan qovulması acı məğlubiyyətində həlledici rol oynayıb.
Qeyd edək ki, Albaniya hazırda 6 xalla yer aldığı “G” qrupunda 4-cü pillədədir.