“Qartallar” Türkiyəyə uçmaqdan imtina etdi

“Zirə” yay hazırlığının növbəti mərhələsini keçirmək üçün bu gün səhər Türkiyəyə yola düşməli idi. Allsport.az saytı xəbər verir ki, ancaq qardaş ölkədə baş verən məlum hadisələrə görə komanda səfərə çıxa bilməyib. Paytaxt klubunun getməli olduğu reys də daxil olmaqla, Türkiyəyə həyata keçirilməli olan uçuşlar təxirə salınıb.

Klub rəhbərliyi hazırda Türkiyədə hökm sürən qeyri-sabit vəziyyəti nəzərə alaraq, bu ölkənin Bolu şəhərində nəzərdə tutulmuş təlim-məşq toplanışının ləğvinə qərar verib. “Qartallar” hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək.

Həmin kateqoriyadan