Qazaxıstanı Bakıda oyuna erməni məşqçi çıxara bilər

Millətlər liqasında Azərbaycanın rəqibi olan Qazaxıstan millisi başsız qalıb. Allsport.az saytı xəbər verir ki, yerli federasiya baş məşqçi vəzifəsini icra edən Andrey Karpoviçlə yolunu ayırıb. Onunla müqavilənin uzadılmayacağı bildirilib. Qaxıstan futbol federasiyası bu postu Qriqori Babayana həvələ etmək fikrindədir.

42 yaşlı erməni mütəxəssis hazırda Rusiyanın SSKA klubunda Aleksey Berezutskinin köməkçisi işləyir. Onun klubla müqaviləsi bu ilin mayında başa çatır. Babayan 2008-2014-cü illərdə də Qazaxıstan millisinin məşqçilər heyətində yer alıb. O, eyni zamanda “Astana” və “Tobol”da çalışıb. 

Millimizin qapıçısı Emil Balayev məhz onun “Tobol”a baş məşqçi təyinatından sonra – 2019-cu ildə həmin komandanı tərk etmişdi. 

Azərbaycan, Qazaxıstan, Slovakiya və Belarus “C” liqasının 3-cü qrupunda mübarizə aparacaq. Asiyalılarla oyunlar bu ilun 3 iyun (səfərdə) və 25 sentyabr (Bakıda) tarixlərində keçiriləcək.

Həmin kateqoriyadan