- Baxış sayı: 251
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 543
- Oktyabr 21, 2026
- 0

“Çelsi”nin qazaxıstanlı hücumçusu Dəstan Satpayev karyerasını “Börnli”də davam etdirəcək.
Allsport.az xəbər verir ki, 18 yaşlı forvard Çempionşip təmsilçisinə icarə əsasında keçib.
Müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Məlumata görə, “Börnli”nin futbolçunun transfer hüquqlarını almaq imkanı olmayacaq.