Qazilərlə görüş keçirildi

18 noyabr 2021-ci il tarixində Azərbaycan Milli paralimpiya komitəsində Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiyanın iclası keçirilmişdir.

Allsport.az xəbər verir ki, iclasda komitənin baş katib Kamal Məmmədov və paralimpiya idman növləri üzrə baş məşqçilər də iştirak edib. 

Azərbaycan Milli paralimpiya komitəsinin fəxri vitse-prezidenti Afiq Süleymanov Qarabağ qazilərinin idman seleksiya işlərinin aparılması ilə bağlı fəaliyyət planı barədə  iştirakçılara məlumat verib. 

İclas zamanı baş katib Kamal Məmmədov vurğulamışdır ki, qazilərin idmana cəlb edilməsi prossesi çox vacibdir və onlar döyüş meydanında qaldırdıqlarıüçrənqli bayrağımızı gələcəkdə beynəlxalq arenada da dalğalandıra bilərlər.

Daha sonra gələcəkdə görüləcək işlərlə bağlı geniş müzakirələr aparılmışdır.

Həmin kateqoriyadan