- Baxış sayı: 31
- 05 May 2026 21:09
- Baxış sayı: 125
- May 04, 2026
- 0

“Ural”ın yarımmüdafiəçisi Yuri Qazinski cari mövsümün sonuna kimi oynaya bilməyəcək.
Allsport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi RPL-in 23-cü turununda SSKA ilə oyununda (1:2) çiynindən zədə alıb.
“Mümkün əməliyyatla bağlı qərar daha sonra veriləcək “-deyə “Ural”ın mətbuat xidmətinin açıqlamasında deyilib.
Qazinski bu mövsüm Yekaterinburq təmsilçisinin heyətində 20 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.