- Baxış sayı: 27
- 31 İyul 2026 23:58
- Baxış sayı: 209
- İyul 30, 2026
- 0

“Milan”ın və Portuqaliya millisinin hücumçusu Rafael Leau karyerasını İngiltərədə davam etdirə bilər.
Allsport.az xəbər verir ki, “Mançester Yunayted” futbolçunun transferi ilə bağlı “Milan”la əlaqə saxlayıb.
İtaliya klubunun rəhbərliyi Leau artıq komandanın əsas fiqurlarından biri hesab etmir və sərfəli təklif olacağı təqdirdə onun satılmasına razılıq verə bilər. Bildirilir ki, portuqaliyalı futbolçu da klubunu dəyişməkdə maraqlıdır.
Daha əvvəl Türkiyənin “Fənərbağça” klubunun 27 yaşlı hücumçu üçün 40 milyon avro ödəməyə hazır olduğu barədə məlumat yayılmışdı.