“Qladiatorlar” yenildi, Ayaz Quliyev 57 dəqiqə oynadı

Rusiya premyer-liqasında cari mövsüm bitib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi Moskva “Spartak”ı səfərdə “Orenburq”a 0:2 məğlub olub.

Həmvətənimiz start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib. “Qladiatorlar” mövsümü 49 xalla 5-ci bitirib. Moskva klubu növbəti mövsümdə Avropa liqasında çıxış edəcək.

Həmin kateqoriyadan