- Baxış sayı: 33
- 12 İyul 2026 14:47
- Baxış sayı: 98
- İyul 12, 2026
- 0

Belarusun “Şaxtyor” (Soliqorsk) klubunun baş məşqçisi Roman Qriqorçuk istefa verib. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis konfrans liqasının 2-ci təsnifat mərhələsində evdə Lüksemburq “Fola”sına uduzduqları oyundan (1:2) sonra postundan ayrıldığını bəyan edib.
“Qəbələ”nin keçmiş baş məşqçisi 2020-ci ilin sentyabrında Soliqorsk klubunu çalışdırırdı. “Şaxtyor” onun rəhbərliyi altında 2020-2021 mövsümündə ölkə çempionluğunu qazanıb.