“Qrupda keçirdiyimiz bütün oyunlarda çox yaxşı çıxış etmişik”

“Ay-ulduzlular”ımız millətlər liqasının “C” divizionunu 3-cü qrupunda son görüşdə evdə Qazaxıstan futbolçularına 3:0 qalub gəlib. Allsport.az saytı xəbər verir ki, millinin baş məşqçisi Canni de Byazi qələbəyə belə şərh verib:

“Bu gün çox keyfiyyətli futbol oynadıq və daha az səhv etdik. Realizasiya baxımından daha yaxşı olmalıyıq. Zərbələrin sayına baxdıqda, faiz baxımından daha çox qol vurmalıyıq. Komandanın ikinci hissədəki oyunundan çox razı qaldım.

Qrupda keçirdiyimiz bütün oyunlarda çox yaxşı çıxış etmişik. Qazaxıstanla ilk oyunu xüsusi qeyd edərdim. Orada da qələbəyə layiq komanda biz idik. Düşünürəm ki, düzgün yoldayıq və inkişaf edirik. Bu komanda yaxşı oynaya bilər. Əsas odur, futbolçular eyforiyaya qapılmasınlar.

Futbolda çox vaxt ancaq nəticəyə baxırlar. Mən gələndən çoxlu gənc futbolçu oynayıb. Cəlal Hüseynov, Toral Bayramov, Musa Qurbanlı bu müddətdə fürsət qazanıblar. Onlarla davam etməliyik, klublarında da oynamalı, inkişaf etməlidilər ki, nəticələrimizə kömək etsinlər”.

Həmin kateqoriyadan