Qurban Qurbanov: Layiqli qələbə qazandıq

Bu gün Premyer Liqanın 3-cü turunda “Qarabağ” klubu “Əlincə Arena”da “Neftçi”ni 3:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, qalib komandanın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyib:

“Futbolçularımı təbrik edirəm, bu gün çox istəkli idilər və layiqli qələbə qazandılar. Hər bir futbolçu son dəqiqəyə qədər mübarizə apardı. Azarkeşlərimizə sağ ol deyirəm, şəhərdən kənarda oynamağımıza baxmayaraq, bu gün bizi tək qoymadılar. Bu oyunda bəzi futbolçulara istirahət vermişdim, sabahdan tam olaraq “Göteborq”la cavab oyunun hazırlıqlarına başlayacağıq”.

Həmin kateqoriyadan