Qurban Qurbanov meydana çıxan oyunçulardan tam razı qalıb

Bu gün “Qarabağ” klubu Premyer Liqanın 5-ci turunda “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, qalib komandanın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyib:

“Hər bir oyun bizim üçün vacibdir. Heyətdə dəyişikliklər etsək də, qələbə üçün oynadıq. Ümumən pis alınmadı. Sonluğa baxanda 2:0 hesablı qələbə yaxşı nəticədi. “Slovan”la matçdan sonra bəzi futbolçularımızın mikro zədələri var idi. Buna görə də, risk etmək istəmədim. Meydana çıxan oyunçulardan da tam razı qaldım.

Bədavi Hüseynov fərdi məşqlərə başlayıb. Ya sabah, ya birisigün kollektivlə birgə məşqlərə qoşulacaq. “Kəpəz”lə görüşdə 90 dəqiqə oynayıb-oynamayacağını bilmirəm”.

Həmin kateqoriyadan