- Baxış sayı: 41
- 02 Noyabr 2026 12:05
- Baxış sayı: 269
- Oktyabr 25, 2026
- 0

Orxan Qurbanlı Moldova milli liqasında növbəti matçına çıxıb. Allsport.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” 32-ci turda səfərdə “Sfintul George” ilə qarşılaşıb və uduzub – 1:3.
Orxan start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. Qurbanlı 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Dinamo-Avto” 41 xalla 10 komanda arasında 5-cidir.