- Baxış sayı: 36
- 03 Avqust 2026 23:33
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Millətlər liqasında millimizin rəqibi olan Kipr yığması yoxlama oyunları keçirəcək. Allsport.az xəbər verir ki, kiprlilər oktyabrın 7-də evdə Çex Respublikası ilə qarşılaşacaqlar.
Bu qarşılaşmadan dörd gün sonra Kipr səfərdə Yunanıstanla qarşılaşacaq.
Yığmamız “C” liqasının 1-ci qrupunda Kiprlə yanaşı, Monteneqro və Lüksemburq yığmaları ilə də qarşılaşacaq. Azərbaycan yığmasının Kiprlə ilk oyunu sentyabrın 8-i səfərdə keçiriləcək. Cavab oyunu oktyabrın 13-ü Bakıda baş tutacaq.