Rəqiblər müəyyənləşdi

Rəqiblər müəyyənləşdi

Bu gün millətlər liqasında yeni mövsümünün püşkatması olub. Allsport.az saytı xəbər verir ki, İsveçrənin Montrö şəhərində tədbirdə Azərbaycan millisinin də rəqibləri bilinib. 

“C” liqasında yer alan “ay-ulduzlular” Slovakiya, Belarus, Qazaxıstan/Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda çıxış edəcək.

Əvvəlki mövsümlərdə olduğu kimi “A”, “B” və “C” dəstələrinin hərəsində 16, “D” divizionunda isə 7 komanda mübarizə aparacaq. Yeni mövsümə gələn il iyunun 2-də start veriləcək.

Millətlər liqasının təqvimi

1-ci tur: 2 – 4 iyun
2-ci  tur: 5 – 8 iyun
3-cü  tur: 9 – 11 iyun
4-cü  tur: 12 – 14 iyun
5-ci tur: 22 – 24 sentyabr
6-cı tur: 25 – 27 sentyabr

Final mərhələsi: 14 – 18 iyun 2023-cü il.

Həmin kateqoriyadan