- Baxış sayı: 26
- 22 İyun 2026 15:13
- Baxış sayı: 32
- İyun 22, 2026
- 0

2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu bu gün daha bir futbolçu ilə müqavilə bağlayıb. Allsport.az saytının məlumatına görə, “kimyagərlər” son olaraq AzAL-da çıxış etmiş Rail Məlikovu heyətinə qatıb. Bu oyunçu yeni klubu ilə 1 illik anlaşıb.
Qeyd edək ki, Rail Məlikov karyerası ərzində “Bakı”, “Neftçi”, “Dənizlispor” və “Qəbələ”nin formasını geyinib. O, həmçinin 2004-2012-ci illər ərzində 40 dəfə Azərbaycan millisinin formasını geyinib.