- Baxış sayı: 45
- 27 Noyabr 2023 20:00
- Baxış sayı: 47
- Dekabr 01, 2023
- 0
Azərbaycanın gənclərdən ibarət yığma komandasının sabiq yarımmüdafiəçisi Ağabala Ramazanov özünə yeni klub tapıb. Allsport.az xəbər verir ki, gənc futbolçu “Sumqayıt”a keçib.
22 yaşlı yarımmüdafiəçi son mövsümü “Xəzər Lənkəran”da keçirmişdi. Lakin müqavilə müddəti başa çatan futbolçu cənub təmsilçisində qalmaq istəməyib və azad agent kimi “Sumqayıt”dan aldığı təklifi müsbət dəyərləndirib. Qarşıdakı bir ildə o, məhz gənclik şəhərinin təmsilçisində oynayacaq.