- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Rusiya premyer-liqasının 15-ci turunda milli futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” Moskvada “Spartak”a 1:3 uduzub.
Allsport.az saytı xəbər verir ki, futbolçumuz start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Samara təmsilçisi 14 xalla 16 iştirakçı arasında 13-cü pillədədir.