VİDEO
Renat “Tottenhem”ə 2 qol vurdu

İngiltərə Premyer Liqa 2-də 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası səfərdə “Tottenhem”li həmyaşıdlarına 2:3 hesabı ilə uduzub.

Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb. Komandasının hər iki qolunu da Dadaşov vurub. Matçın 77-ci dəqiqəsində penaltidən fərqlənən hücumçu 85-ci dəqiqədə fərqi minumuma endirib. 
 
“Vulverhempton” bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan