Reşfor gəldiyi yeri unutmayıb

Markus Reşfordun meydandan kənardakı fəaliyyəti çoxsuna məlumdur.

Allsport.az xəbər verir ki, pandemiyanın ən qızğın çağında Markus Britaniya hökumətinin yoxsul ailələrdən olan uşaqların pulsuz qida ilə təmin olunmasına kömək edib. Bundan əvvəl 22 yaşlı hücumçu məktəblərdə pulsuz yeməksiz qalan uşaqlar üçün 20 milyon funt sterlinqdən çox pul toplamağa kömək edib.

Reşfordun özü də vaxtilə kasıb şəraitdə yaşayıb və bütün çətinlikləri yaxşı bilir.

“Mançester Yunayted”in hücumçusunun anasının adı Melanidir. O, Markusun sadəcə uşaq ikən necə çətinliklər yaşadıqlarını danışıb.

“Markus mənə ev alıb. Bəzən otaqda tək oluram və hər şeyə görə ağlamağa başlayıram. Çünki bəzən haradan gəldiyimizi xatırlayıram. Elə olurdu ki, yaşadığımız evdə bir tikə çörək belə yox idi (Markusun üç qardaşı və bir bacısı var). Bu barədə danışmaq çətindir, amma o dövrlər çox çətin keçib”.

Həmin kateqoriyadan